SON XƏBƏRLƏR

Kərəc zindanında məhkumun barmaqları kəsilib

2022.09.10, 06:31
Kərəc zindanında məhkumun barmaqları kəsilib

Gunaz.tv

Oğurluqda günahlandırılan məhkum Ərak zindanından Kərəc zindanına köçürülüb və onun barmaqlarının kəsilməsi cəzası vəkili və ailə üzvlərinə xəbər verilmədən həyata keçirilib.

Bununla yanaşı sentyabrın 9-da Tehranın Evin zindanında Murtəza Cəlili adlı məhbusun da eyni ittihama görə 4 barmağının kəsildiyi bildirilir.

Bundan öncə iyunun 10-da Beynəlxalq Əfv Təşkilatı yaydığı bəyanatda beynəlxalq ictimaiyyəti İran məhkəmə sistemi tərəfindən çıxarılan hökmləri dayandırmaq üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıb. 

Qeyd edək ki, İran Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Mülki və Siyasi Hüquqlar Bəyannaməsinin 7-ci maddəsini imzalamasına baxmayaraq öhdəliyinə əməl etmir.

Bəyannamədə məhkumlara qarşı işgəncə, qeyri-insani davranış, bədən əzalarının kəsilməsi və təhqir qadağan edilib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar