SON XƏBƏRLƏR

Kərəcdə daha bir məhkum intihar etdi

2022.07.20, 04:26
Kərəcdə daha bir məhkum intihar etdi

Gunaz.tv

Məlumata görə Kərəcin Rəcayişəhr zindanının 2-ci bəndində saxlanılan Mustafa Cəlilvənd adlı məhkum iyulun 19-u axşam saatlarında intihar edib.

Bundan öncə adam öldürməkdə ittiham olunaraq edam cəzasına məhkum olunan şəxs məhkəmədə özünü günahsız hesab etdiyini və barəsində açılan cinayət işinin saxtalaşdırıldığını bildirib.

Bundan bir müddət öncə iyulun 8-də eyni zindanda Məsud Xeyrabadi çox sayda dərman preparatı içərək intihar edib.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub. 

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər zindanının "payına düşür".  

Cavidan   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar