SON XƏBƏRLƏR

Kərəcdə daha iki məhkum edam edilib

2022.06.25, 08:09
Kərəcdə daha iki məhkum edam edilib

Gunaz.tv

Bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb.

Edam edilənlərdən birinin Nüsrətullah İlyad olduğu bildirilsə də, digər məhkumun kimliyi barədə məlumat əldə etmək mümkün olmayıb.

İkinci edam olunanın Əmirhüseyn Nikfəllah olduğu ehtimal edilir.

İran məhkəmə rəsmiləri və dövlət mediası edamlarla bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, bir sıra hallarda edam olunan məhkumların ailələrinə təzyiq eidlir ki, məsələni ictimailəşdirməsinlər.

Ona görə də edam barədə xəbər vaxtında yayılmır.

Xatırladaq ki, bu edamlara hüquq müdafiəçiləri "gizli edam" adı veriblər və buna görə də ölkədə icra edilən edamların rəsmi statistikada göstərildiyindən daha çox olduğu ehtimal edilir. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar