SON XƏBƏRLƏR

Kərəcdə həbs edilən azərbaycanlı cütlüyə qarşı ağır ittiham irəli sürülüb

2022.11.16, 10:40
Kərəcdə həbs edilən azərbaycanlı cütlüyə qarşı ağır ittiham irəli sürülüb

Gunaz.tv

Noyabrın 4-də təhlükəsizlik məmurları Kərəc şəhərində yaşayan Həmid Qarahəsənlu və həyat yoldaşı Fərzanə Qarahəsənlunun şəxsi mənzilinə hücum edərək onları həbs ediblər.

Evdə qanunsuz axtarış aparan məmurlar azərbaycanlı ailəyə məxsus şəxsi əşyaları müsadirə ediblər.

Onlar etiraz aksiyasında öldürülən azərbaycanlı gənc fəal Hədis Nəcəfinin noyabrın 4-də keçirilən 40 mərasimində iştirak etdikdən sonra saxlanılıblar.

İranda ən ağır ittihamlardan sayılan "yer üzündə fəsad yaymaq"da ittiham olunan ailə televizyaya çıxarılıb və onlardan məcburi etiraf alınıb.

Həmid Qarahəsənlu və Fərzanə Qarahəsənlu ağır işgəncə edildikləri və televizyaya çıxarıldıqda üz-gözlərində yara, dğyülmə izlərinin olduğu bildirilib.

Ürək xəstəliyindən əziyyət çəkən Həmid Qarahəsənlunun müalicə və dərmanlar qəbul etməsinə, habelə o və həyat yoldaşının ailələri ilə görüşü və telefon danışığına icazə verilmir.

Həmid Qarahəsənlu rentgenoloq, həyat yoldaşı Fərzanə Qarahəsənlu isə laboratoriya elmləri üzrə mütəxəssisdir.

Qeyd edək ki, İran qanunlarına görə, "yer üzündə fəsad yaymaq" ən ağır ittihamlardan sayılır və bu azərbaycanlı cütlük barəsində edam hökmü çıxarılmasına da səbəb ola bilər.

Timur  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar