SON XƏBƏRLƏR

İranda çərşənbə şənliklərində yüzlərlə insan xəsarət alıb

2023.03.15, 09:43
İranda çərşənbə şənliklərində yüzlərlə insan xəsarət alıb

Gunaz.tv

Son rəsmi məlumatlara görə, şənliklər zamanı 1860 nəfər yaralanıb.

İran Təcili Yardım Mərkəzinin başçısı Cəfər Miyadfərin mediaya verdiyi məlumata görə, 546 nəfər göz nahiyəsindən xəsarət alıb, 126 nəfərin müxtəlif bədən üzvləri amputasiya edilib.

O, ən çox yaralanan vətəndaşlarınsıra ilə Tehranda 219, Qərbi Azərbaycan əyalətində 219 və Şərqi Azərbaycan əyalətində isə 157 nəfər olduğunu deyib.

İnsan haqları təşkilatları şənlik mərasimlərinə qatılan onlarla vətəndaşın həbs edildiyi barədə məlumatlar yayıblar.

Hökumət rəsmiləri isə həbs edilənlərin ictimai asayişi pozduqlarını və ümumi əmlaka ziyan vurduqlarını iddia edib.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar