SON XƏBƏRLƏR

Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

2022.09.28, 07:58
Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

Gunaz.tv

Fəalların ailə üzvləri onların saxlanılma səbəbləri, ittihamları və harada saxlanıldıqları barədə məlumat ala bilmirlər.

Şahidlərin dediyinə görə, Urfan Şahbazı və Hamid Purəbutalib başqa bir neçə nəfərlə birlikdə həbs edildikləri zaman ağır şəkildə döyülüb və bədən xəsarətləri alıblar.

Fəalların yaralı vəziyyətdə qandallanaraq aparıldığına görə, yaxınları onların sağlıq durumundan narahat olduqlarını, əlaqədar dövlət orqanlarının övladları barədə məlumat verməkdən boyun qaçırdıqlarını bildirirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar