SON XƏBƏRLƏR

Mərənddə 304 çarpayılıq xəstəxananın tikintisi yarımçıq qalıb

2022.01.17, 13:04
Mərənddə 304 çarpayılıq xəstəxananın tikintisi yarımçıq qalıb

Gunaz.tv

Qeyd edək ki, 2019-cu ilin avqust ayında İranın keçmiş səhiyyə naziri Səid Nəməkinin iştirakı ilə Mərənddə 304 çarpayılıq xəstəxananın təməlatma mərasimi keçirilib.

Bundan öncə 250 min nəfərlik əhalisi olan Mərənddə yalnız 134 çarpayılıq bir xəstəxana olduğuna görə, əhali yeni xəstəxananın tikintisi tələbi ilə dəfələrlə müraciət etmişdilər.

Çoxsaylı müraciətlərdən sonra xəstəxana tikintisinə söz verilməsinə baxmayaraq bu günə kimi hər hansı tikinti işləri başladılmayıb.

Mərdəndin Səhiyyə Şəbəkəsi Sisteminin başçısı doktor Səməd Tahiri Bavil Olya qeyd olunan layihənin bölgə əhalisi üçün vacib əəhəmiyyət daşıdığını, onun reallaşması üçün 400 milyard tümən vəsaitə ehtiyac olduğunu və bunun ayrılmadığı üçün layihənin başlanmamış qaldığını bildirib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar