SON XƏBƏRLƏR

Sərəskənddə şagirdlər təhsildən kənarda qalır: Kəndlərdə intenet xidməti bərbaddır

2022.03.03, 03:57
Sərəskənddə şagirdlər təhsildən kənarda qalır: Kəndlərdə intenet xidməti bərbaddır

Gunaz.tv

 Əlirza Turi özəlliklə kəndlərdə internetə çıxışın olmadığını deyib. Fərmandar Telekommunikasiya Şirkətinin rəhbərliyini məsuliyyətsiz fəaliyyətinə görə qınayıb.

Məsələ ilə bağlı açıqlama verən Sərəskənd Təhsil Şurasının başçısı Bəhmən Əqdəmi isə bu sahədə çatışmazlığın bölgə şagirdlərinin təhsil almasına ciddi əngəl törətdiyini söyləyib.

“Pandemiyadan öncə bölgə şagirdləri təhsil imkanlarının azlığından, yolların dağınıq olmasından və məktəblərin yararsızlığından əziyyət çəkirdilər. Koronavirus məhdudiyyətlərindən sonra onların bu problemlərinə onlayn təhsil almaq üçün internetə çıxış imkanının olmamasıda əlavə olunub”-deyə, Bəhmən Əqdəmi bildirib.

O, Telekommunikasiya Şirkəti ilə Təhsil İdarəsinin bu problemin həllinə ciddi yanaşmadıqlarını deyib və Sərəskənd şagirdlərinin təhsildən geri qalmalarının məsuliyyətinin onların üzərinə düşdüyünü söyləyib.

Bundan bir müddət öncə məsələ ilə bağlı mediaya açıqlama verən Sərəskəndin keçmiş fərmandarı Əmin Əminiyan Sərəskənd bölgədə telekomunikasiya xidmətinin yararsız durumda olduğunu demişdi.

Keçmiş fərmandar telekomunikasiya xidmətin iflic vəziyyətdə olduğu üçün bölgədə mobil, ev telefonları və internet xidmətindən istifadə etməyin mümkün olmadığını, mahal kəndlərində problemin daha çox olduğunu və əhalinin qeyd olunan xidmətlərdən istifadə edə bilmədikləri üçün əlavə çətinliklərlə üzləşdiklərini bildirmişdi.
 
C.E

مشارکت ۲ میلیارد ریالی خیر هشترودی در ساخت یک مدرسه - باشگاه خبرنگاران

Sərəskənd Təhsil Şurasının başçısı Bəhmən Əqdəmi 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar