SON XƏBƏRLƏR

Sərəskənddə boşanma halları kəskin artıb

2022.02.24, 09:12
Sərəskənddə boşanma halları kəskin artıb

Gunaz.tv

O, İranın əksər bölgələrində hökm sürən yoxsulluq amilinə toxunmadan ailələrin dağılmasının əsas səbəbləri kimi narkomaniya və sosial medianı nümunə göstərib.

Rəzəvinin dediyinə görə, o qədər də böyük olmayan Sərəskənd şəhərində cari günəş ilinin başlanmasından bu günə kimi 128 boşanma faktı qeydə alınıb.

Bundan öncə oxşar problemlə bağlı açıqlama verən Şərqi Azərbaycan əyalətinin Binab şəhərinin Qeydiyyat İdarəsinin başçısı Əbdülrza İsmailiniya əyalət üzrə boşanmalarının sayının çoxaldığını bildirmişdi.

İsmailiniya ötən günəş ili ərzində mahalda 1268 evliliyin qeydə alındığını, bunlardan 616-nın şəhərdə, 572-nin isə kəndlərdə baş verdiyini söyləyib.

Qeydiyyat İdarəsinin başçısı eyni ildə 336 boşanma faktının qeydə alındığını, boşanmaların 209-nun şəhər, 127-nin isə kəndlərdə qeydə alındığını bildirib.

O, cari günəş ilinin ilk 6 ayında Binab mahalında 553 nikah bağlandığını, 147 ailənin isə ayrıldığını qeyd edib.

Qeydiyyat İdarəsinin başçısı Binab mahalında bağlanan nikahların ortalama 25%-nin boşanma ilə nəticələndiyini deyib.

Qeyd edək ki, son illər İranda iqtisadi problemlərin artması evlənmə sayının azalmasına.

Boşanma sayının isə çoxalmasına səbəb olub.

Bundan öncə İranın Statistika Mərkəzinin yayınladığı məlumatda da, ölkə səviyyəsində boşanma hallarının kəskin çoxaldığı bildirib. 

Şərqi Azərbaycan əyalətinin Binab şəhərinin İcra hakimiyyətinin başçısı (fərmandarı) Şəhriyar Fəthi son illər mahalda boşanma sayında kəskin çoxalmanın qeydə alındığını deyib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar