SON XƏBƏRLƏR

Sərəskənddə tibb işçiləri və avadanlıqları çatışmır

2022.03.05, 05:32
Sərəskənddə tibb işçiləri və avadanlıqları çatışmır

Gunaz.tv

O, bu barədə martın 4-də dəfələrlə uçmaq təhlükəsi ilə üzləşən “Xomeyni” xəstəxanasından keçirdiyi görüşdə danışıb. Fərmandar xəstəxananın yarımçıq təhvil verildiyini deyib.

Onun sözlərinə görə, şəhərin yeganə xəstəxanası olan və iki mahalın xəstələrini qəbul edən tibb mərkəzi dəfələrlə uçmaq təhlükəsi yaşadığı üçün təmir və bərkitmə işləri aparılıb.

Fərmandar buna baxmayaraq xəstəxananın əhaliyə xidmət etməsi üçün yetərli tibb işçisi və avadanlıqla təmin və təchiz olunmadığını söyləyib.

Əlirza Turi xəstəxananın və onun avadanlığının yaşının 40 ildən çox olduğunu və bunun vətəndaşların sağlıq problemlərinin həllində heç bir rol oynamadığını qeyd edib.

“Xəstəxanananı müvəqqəti fəaliyyəti, onun təmiri üçün 5 milyard tümən büdcə lazımdır və bu olmadığı üçün əhali daha çox vəsait və vaxt itirərək başqa bölgələrə getməyə məcbur olurlar” -deyə, Sərəskənd fərmandarı bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar