SON XƏBƏRLƏR

SEPAH-ın təhdidləri Bayden hökumətinin mövqeyini dəyişməsinə mane olur

2022.04.30, 15:10
SEPAH-ın təhdidləri Bayden hökumətinin mövqeyini dəyişməsinə mane olur

Gunaz.tv

O bildirib ki, SEPAH-ın terror təşkilatları siyahısından çıxarılması həm Respublikaçılar, həm də Demokratlar partiyalarında narazılıqla qarşılanıb və belə bir vəziyyətdə İran bəzi əmniyət problemlərinin həllinə zəmanət verməsə, Amerika hökuməti öz mövqeyini dəyişə bilməz.

Qeyd edək ki. Bundan bir neçə gün öncə İranın sabiq prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı və Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvü Faizə Haşimi İran İnqilab Keşikçiləri Korpusunu rəhbərliyinin bir hissəsinin sanksiyaların qalmasında maraqlı olduğunu deyib.

“İnqilab Keşikçiləri Korpusunun bir hissəsi bilərəkdən bir sıra əməllər törədib və qurumun terrorçu qruplar siyahısında saxlanılmasında maraqlıdırlar. Onlar bununla sanksiyalara rəğmən özlərini güclü göstərib, fəaliyyətlərini davam etdirə biləcəklərini sübuta yetirmək məqsədi daşıyırlar"-deyə, Faizə Haşimi bildirib.

Xatırladaq ki, İranın Qərblə nüvə anlaşmasının dirçəldilməsinə dair müzakirələr iki ay öncə dayandırılıb və məlumatlara, habelə İran rəsmilərinin sözlərinə görə, SEPAH-ın sanksiyalar siyahısından çıxarılması məsələsi anlaşmanın əldə edilməsi üçün həll olunmamış problemlərdən biri olaraq qalıb.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar