SON XƏBƏRLƏR

İrəvan Qarabağ erməniləri ilə bağlı Bakıdan zəmanət istəyir

2021.11.05, 13:45
İrəvan Qarabağ erməniləri ilə bağlı Bakıdan zəmanət istəyir

Gunaz.tv

İlham Əliyev yeni çoxtərəfli platformanın qurulmasının əhəmiyyətindən danışdı və bu platformadan bütün tərəflərin xeyir götürəcəyini elan etmişdi. 

O, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya və Türkiyə-Rusiya-İran əməkdaşlıq platformalarının mövcudluğundan danışaraq, müharibədən sonra regionda formalaşmış yeni reallıqda bu əməkdaşlıq platformalarının bir mərkəzdə birləşməsinin daha məqsəduyğun olmasından söz açmışdı.

Ərdoğan isə yeni formatı “altıtərəfli platforma” adlandıraraq, Türkiyə, Rusiya, İran, Azərbaycan və Gürcüstanla yanaşı, Ermənistanı da bu platformaya qoşulmağa dəvət etmişdi

Bəs maraqlıdır, bu fomat iştirakçı ölkələrə nə verəcək? Planın reallaşmaması üçün hansı maneələr ola bilər?

Bu haqda iqtisadçı ekspert Natiq Cəfərli danışıb.

Onun fikrincə, burada əsas maneə Azərbaycanın Ermənistana yeni sülh müqaviləsi bağlanması barədə verdiyi təklifə İrəvanın reaksiya verməməsidir. Eksprt rəsmi Yerevanın formata qoşulmaq üçün

“Bu format Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə irəli sürüldü. Bütün region ölkələrinin iqtisadi fəaliyyətinə, ticarətinin genişləndirilməsinə təsir edəcək bir formatdır. Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Format bölgədə kommunikasiyalarının açılması, yeni dəmiryolları, avtomobil yolları və Zəngəzur dəhlizi ilə bağlı məsələlər həll olacaq.

Bu format Azərbaycanı həm Naxçıvanla bağalyacaq, həm oranın təchizatı ilə bağlı problemlər həllini tapacaq. 

Çünki uzun illər Naxçıvan blokada şəraitində yaşayırdı. Azərbaycan Şərq-Qərb, Cənub-Şimal dəhlizinin mərkəzində yerləşdiyi üçün logistik üstünlüklər qazanır. Hər bir ölkə üçün bu format yeni fürsətlər açır. Reallaşması gec-tez mütləq baş verəcək. Mane ola amillərdən biri odur ki, Azərbaycan tərəfi haqlı olaraq bu məsələnin həllində Ermənistanla Azərbaycan arasında yeni sülh müqaviləsinin bağlanmasını təklif edir. 

Ancaq Ermənistan bütün məsələlərin bir müqavilədə həll olunmasını istəyir. Həm kommunikasiayaların açılması, həm sərhədlərin dəqiqləşdirilməsi və həm də  Azərbaycanda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının rəsmi Bakının zəmanəti altında yaşaması üçün təkliflər hazırlanır.

Ermənistan Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının gələcəkdə status almasına çalışır və bu məsələni “3+3”  formatına bağlamağa çalışır. Ancaq bu qeyri-konstruktiv yoldur. 

Azərbaycanın təklif etdiyi geniş sülh müqaviləsi daha məntiqli və maraqldır. 

Formatın müsbət tərəflərini düşünsək, yaxın gələcəkdə hansısa sənədlərin təsdiq olunması, yeni  sənədlərin imzalanmasını görəcəyik”. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar