SON XƏBƏRLƏR

İrəvanda Rusiya əleyhinə mitinqdə Putinə qarşı şüarlar səsləndirilib

2023.02.28, 09:32
İrəvanda Rusiya əleyhinə mitinqdə Putinə qarşı şüarlar səsləndirilib

Gunaz.tv

Nümayişlər Rusiya meydanında baş tutub.

Etirazçılar “Müharibəyə yox”, “Ukraynaya qələbə” və “Putin Haaqaya” şüarları səsləndirib, sürücülər isə siqnallarla nümayişçilərə dəstək olublar.

Onlarla plakat və bannerlərdə “Siyasi məhbuslara azadlıq”, “Rusiyaya azadlıq”, “Putin is a war criminal” (tərc. “Putin hərbi cinayətkardır”) şüarları yazılıb. İzdihamda Rusiya bayrağı və daha çox “Putindən sonrakı Rusiya”nın bayrağı kimi tanınan ağ-göy-ağ bayraqları dalğalanıb.

“Necə gəlməmək olardı? Mən indi təhlükəsiz yerdəyəm, çıxıb qarşı olduğumu deməyə imkan verən ölkədəyəm. Mən söz azadlığımdan istifadə edirəm”, - müharibənin əvvəlində Ermənistana sığınan etirazçılardan biri olan Asya deyib.

“Mən bilirəm ki, Rusiyadakı bir çox dostlarım da çıxmaq istəyirlər, lakin buna nail ola bilmirlər. Təhlükəsiz yerdə ola-ola susmaq onlara qarışı haqsızlıq olardı. Biz bir növ onların da yerinə danışırıq”, - Asya əlavə edib. (report)

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar