SON XƏBƏRLƏR

Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa cəlb ediləcək - Baş prokurorluq

2022.02.15, 08:31
Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa cəlb ediləcək - Baş prokurorluq

Gunaz.tv

Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib. O qeyd edib ki, Arutyunyan 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində dinc əhaliyə qarşı törədilən 4 terror hücumunda təqsirləndirilir.

"Bu terror Ermənistan ərazisindən törədilmişdi. Hadisə nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb. 

Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından bu terrorun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib.

Arayik Arutyunyanın istintaqa təhvil verilməməsi müvəqqətidir. Arutyunyan hansısa ərazidə sərbəst gəzə bilər.

Hesab edirəm ki, beynəlxalq konvensiyaya uyğun olaraq qısa müddət ərzində istintaq və əməliyyat qrupları tərəfindən Arutyunyan saxlanılaraq istintaqa təhvil veriləcək", - deyə idarə rəisi bildirib. (trend.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar