SON XƏBƏRLƏR

Ərakın Neft-Kimya mərkəzində güclü yanğın: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

2022.01.11, 13:05
Ərakın Neft-Kimya mərkəzində güclü yanğın: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Gunaz.tv

Bu barədə Mərkəzi əyalətin Böhranı İdarəetmə İdarəsinin baş direktoru Həmid Qiyasi mediaya açıqlamasında məlumat yayıb.

O deyib ki, Neft-Kimya təsisatındakı çənlərdən birində sızma baş verməsi yanğına gətirib çıxarıb.

“Təəssüflər olsun ki, təsisat işçilərinin sızmanın qarşısını almağa cəhdi nəticə vermədikdən sonra baş verən yanğında 1 nəfər ölüb, 2 nəfər isə 40 faiz yanıq xəsarətləri alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Yanğın hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən tamamilə söndürülüb və hazırda yanğına səbəb olan çəndəki sızmanın səbəbləri araşdırılır”, -deyə İranın Mərkəzi əyalətinin Böhranı İdarəetmə İdarəsinin baş direktoru Həmid Qiyasi bildirib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar