SON XƏBƏRLƏR

Ərak zindanında dörd məhkum edam edilib

2022.03.31, 08:00
Ərak zindanında dörd məhkum edam edilib

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, martın 27-i bazar günü səhər saatlarında Ərak şəhərinin zindanında daha 4 məhkum dar ağacından asılaraq edam edilib.

Feyzullah Nurullahi, Əhməd Nuri, Həmid Qudərziyan, və Məhəmməd Nəccari adlı şəxslərin bundan öncə narkotik maddələrin qaçaqmalçılığında ittiham edildikləri bildirilir.

Martın 31-ə kimi İranın məhkəmə sistemi və başqa ilgili qurumlar edam olunan dörd şəxslə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

Xatırladaq ki, hər il İranda edam edilən yüzlərlə insan barədə məlumat ya çox ictimailəşdirilmir ya da ört-basdır edilir.

Təhlükəsizlik və məhkəmə orqanları məsələnin ictimailəşdirilməsinə qarşıdır. Buna görə edam edilənlərin yaxınlarına basqılar edilir.

Bu səbəbdən beynəlxalq insan haqları təşkilatları İranda edamların sayının verilən rəsmi statistikadan daha çox olduğunu bildirir və barəsində məlumat verilməyən edamlara gizli edam adı veriblər.  

Birləşmiş Millətlər Təşkilatı (BMT) bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi. 

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.
İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar