SON XƏBƏRLƏR

Ərak zindanında məhkum edam edilib

2022.08.11, 06:06
Ərak zindanında məhkum edam edilib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, avqustun 10-da Ərak zindanında narkotik maddələrin alverində ittiham edilən məhkum edam olunub.

37 yaşlı Mehdi Nurkərəminin edamı barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediası məlumat verməyib.

Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88 faizi barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri buna "gizli edam" adı veriblər.

İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini, onların çoxunun rəsmi olaraq elan edilmədiyini bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar