SON XƏBƏRLƏR

Ərakda narazı işçilər həbs və şallaq cəzasına məhkum edilib

2022.08.18, 05:55
Ərakda narazı işçilər həbs və şallaq cəzasına məhkum edilib

Gunaz.tv

Bundan öncə onlar hüquqlarının tapdalandığını, əmək haqlarının vaxtında ödənilmədiyini bildirib və buna etiraz etmişdilər.

Etiraz aksiyasında iş təhlükəsizliyinin təmin edilməməsinə də etiraz olunmuşdu.

Etiraz olaraq tətil aksiyası keçirən 21 işçiyə qarşı cinayət işi qaldırılmışdı.

Məhkəmə işə baxdıqdan sonra işçilərin dördünün günahsız olduğuna qərar verib, qalan 17 işçinin hər birini isə 3 ay şərti həbs və 30 şallaq zərbəsinə məhkum edib.

İşçilərin nümayəndələri dolanışıq problemləri və yoxsulluq ücbatından etiraz etdikləri halda məhkəmənin şərti həbs cəzasının pul cəriməsi ilə əvəzlənə biləcəyi barədə qərarından təəccübləndiklərini bildiriblər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar