SON XƏBƏRLƏR

İranın Ərak şəhərində işçi Əmək və Sosial Təminat İdarəsinin qarşısında intihar edib

2021.11.15, 10:40
İranın Ərak şəhərində işçi Əmək və Sosial Təminat İdarəsinin qarşısında intihar edib

Gunaz.tv

İşəgötürənlə arasında olan ixtilafa görə məhkəmənin çıxardığı qərara və hüquqlarının pozulmasına etiraz edən fəhlə özünü yandırıb. 

Narazı işçini xilas etmək mümkün olmayıb. Ağır yanıq xəsarətləri alan işçi vəfat edib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, orta yaşlı işçi uzun müddətdir davam edən məhkəmə prosesinin haqsız olaraq onun əleyhinə qərar çıxardığını bildirərək özünə od vurub.

Noyabrın 14-də baş verən intihar hadisəsi nəticəsində dünyası dəyişən işçinin kimliyi barədə məlumat verilməyib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar