SON XƏBƏRLƏR

İran Laçın dəhlizi ilə Qarabağa yükdaşımaları qadağan etdi

2021.10.21, 10:28
İran Laçın dəhlizi ilə Qarabağa yükdaşımaları qadağan etdi

Gunaz.tv

"Mehr News"a istinadla xəbər verilir ki, qurumun Beynəlxalq Tranzir İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayəti İran Xarici İşlər Nazirliyinin 1 oktyabr tarixli direktivinə istinad edib.

O, beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına təlimat məktubu yazaraq Azərbaycan Respublikasının sözügedən ərazisinə bu ölkənin rəsmi sərhədləri xaricində hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. 

U3ohnQe.jpg

Yol və Nəqliyyat Təşkilatı Ermənistan ərazisi vasitəsilə Azərbaycan Respublikasının Laçın dəhlizindən Dağlıq Qarabağ bölgəsinə girişlə barəbər, Qarabağ bölgəsi ilə hər hansı ticarət müqaviləsinin imzalanması və mal-əmtəə qaiməsi sənədlərinin verilməsinin də yasaq edildiyini bildirib. (yenisabah.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar