İran MOSSAD agentlərini həbs etdiyini iddia edir

21.06.2022, 13:03

Sistan-Bəluçistan əyalətinin prokuroru Mehdi Şəmsabadi iyunun 21-də media nümayəndələri ilə keçirdiyi görüşdə İsrail Xüsusi Xidmət Orqanı “MOSSAD”a işləyən bir neçə agentin həbs edildiyini iddia edib.

Gunaz.tv Quote | Gunaz article

O, saxlanılanların 8 ay boyunca izlənildiklərini və İranın nüvə alimlərini terror etməyi planlaşdırdıqlarını deyib.

Sistan-Bəluçistan əyalətinin prokuroru İsrailə casusluq etdikləri iddia olunan şəxslərin sayı və kimliyi barədə heç bir açıqlama verməyib.

Lakin onların müxtəlif əyalətlərdə həbs olunduqlarını və barələrində cinayət işinin açıldığını bildirib. 

Bundan bir müddət öncə aprel ayının sonlarında SEPAH-a yaxınlığı ilə tanınan “Fars” xəbər agentliyi İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə istinadən Sistan və Bəluçistan əyalətində İsrailin xeyrinə casusluq edən 3 nəfərin həbs olunduğunu yazmışdı.

Qeyd edək ki, xüsusilə son illər Sistan və Bəluçistan əyalətində onlarla şəxs silah qaçaqmalçılığı, xarici ölkələrə casusluq və iğtişaş törətməyə cəhd ittihamları ilə həbs olunub.

İran təhlükəsizlik qurumları və məhkəmə sistemi həbs olunan şəxslərə qarşı irəli sürdüyü iddialar və ittihamlarla bağlı heç bir fakt göstərməyiblər.

İnsan haqları təşkilatları və bəluç fəallar bu ittihamları əsassız hesab edir, bunu İsrailin İranın nüvə və hərbi obyektlərinə zərbələrini cavabsız qoymadıqlarını təlqin etməyə cəhdi kimi dəyərləndirirlər. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Onlarla siyasi və mədəni fəal İranda bəhailərə qarşı basqıları pisləyib

2022-08-10

gun az article

Monqolustanda Göytürk Xaqanlığı dövrünə aid önəmli tapıntılar aşkarlanıb

2022-08-10

gun az article

"Qızıl hisar" zindanında 46 məhbus edam ediləcək

2022-08-10

gun az article

Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq"

2022-08-10

gun az article

CNN: "İrandakı Rusiya nümayəndələri İran pilotsuz təyyarələri ilə işləmək üçün təlim keçiblər"

2022-08-10

gun az article

İranda təqaüdçülər etiraz aksiyası keçirib

2022-08-10

gun az article

İsrail mənbələri: "Rusiya-İran peyki İsrailin və Qərbin maraqlarına zərər vura bilər"

2022-08-10

gun az article

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb

2022-08-09

gun az article

Krımda hərbi aerodromda partlayışlar olub

2022-08-09

gun az article

Ərazi bütövlüyü tam təmin olunacaq - Ceyhun Bayramov

2022-08-09

gun az article

İlham Əliyev Şimali Kipr prezidentini qəbul edib

2022-08-09

gun az article

İslam Oyunlarının təntənəli açılışı oldu

2022-08-09

gun az article

İranda yol qəzalarında ölənlərin yeni statistikası açıqlanıb

2022-08-09

gun az article

QHT BMT qurumuna üzv qəbul olundu

2022-08-09

gun az article

İranda şiddətli quraqlıq xəbərdarlığı

2022-08-09

gun az article

"Uşaq qatili olan rejimə dəstək verirlər"-Mirhüseyn Musəvi İran hökumətinin Suriya siyasətinə qarşı çıxdı

2022-08-09

gun az article

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

2022-08-09

gun az article

Qərbi azərbaycanlılara qaçqın statusu verilsin-Millət vəkili

2022-08-09

gun az article

Rusiya İranın “Xəyyam” peykini orbitə buraxıb

2022-08-09

gun az article

İranda bəhailərin təhsilinə imkan verilmir

2022-08-09