SON XƏBƏRLƏR

İran aviaşirkətlərinin Malayziyaya uçuşu sanksiyalara görə dayandırılacaq

2022.08.12, 07:43
İran aviaşirkətlərinin Malayziyaya uçuşu sanksiyalara görə dayandırılacaq

Gunaz.tv

İran Hava Yolları Assosiasiyasının katibi Məqsud Əsədi Samani son illərdə Malayziyaya birbaşa uça bilən Mahan Hava Yollarının son uçuşunun avqustun 12-i həyata keçiriləcəyini açıqlayıb.

O, İrandan Malayziyaya birbaşa uçuşların tamamilə dayandırılmasının səbəbinin Amerikanın sanksiyaları üzündən İran aviaşirkətlərinin yanacaqla təmin edilməməsi olduğunu bildirib.

Samani Malayziya hava limanlarında yanacaq dolduran şirkətlərin İran təyyarələrinə yanacaq verəcəkləri təqdirdə, onların da sanksiyalara məruz qalacaqlarını deyib.

Ötən illərdə bir çox ölkələr ABŞ-ın sanksiyalarından çəkinərək İran təyyarələrinə yanacaq verməyi dayandırıb. Yanacaq sanksiyalarının ilk raundundan İran təyyarələrinə yanacaq verilməsinə embarqo qoyulmasına baxmayaraq, 2018-ci ildə Donald Tramp administrasiyasının nüvə sazişindən çıxmasından sonra bu sanksiyalar daha intensiv və daha şiddətli xarakter alıb.

Avqustun 18-də Aviaşirkətlər Assosiasiyasının katibi “Eqtesad Səraməd” qəzetinə müsahibəsində bildirib ki, hazırda yalnız İraq, bir-iki kiçik Avropa ölkəsi və Belqrad İran təyyarələrini yanacaqla təmin edir.

Samaninin sözlərinə görə, İran hava yollarına məxsus təyyarələrin yanacaqla doldurulmasının mümkünsüzlüyü bu şirkətlərin xərclərini kəskin şəkildə artırıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar