SON XƏBƏRLƏR

"Ötən il zülm və geriliklə yadda qaldı"- İran Yazıçılar Birliyi bəyanat yayıb

2022.03.21, 08:55
"Ötən il zülm və geriliklə yadda qaldı"- İran Yazıçılar Birliyi bəyanat yayıb

Gunaz.tv

İranda senzura və ifadə azadlığına basqıların davam etdiyinə işarə edən qurum bildirib ki, senzura və repressiyaya görə ötən il “yeni rekordlar”ın qeydə alınıb.

“Azadlıq və müasirlik şövqü ilə başlayan il, zülm və gericiliklə bitdi”-Birliyin 20 mart 2022-ci il bazar günü dərc edilən mesajında bildirilir.

Bəyanatda Yazıçılar Birliyinin bir sra üzvlərinin həbs olunması və tanınmış rejissor, yazıçı Bəktaş Abtinin ölümünə toxunulub

B. Abtinin zindan məsulları və İran hökumətinin qərəzli münasibəti nəticəsində zindanda həyatını itirdiyi vurğulanıb.

6 il həbs cəzasına məhkum edilən Baktaş Abtin iki dəfə koronavirusa tutulmasına, bir sıra başqa ağır xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, müalicəsinə imkan verilmədiyi üçün vəziyyəti pisləşmiş.

Ağır durumda xəstəxanaya çatdırılan yazıçının həyatını xilas etmək mümkün olmayıb və o yanvar ayının 8-də dünyasını dəyişib.   

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar