SON XƏBƏRLƏR

İran Yazıçılar Birliyi şagirdlərin həbs edilməsi ilə bağlı bəyanat yayıb

2022.10.21, 05:24
İran Yazıçılar Birliyi şagirdlərin həbs edilməsi ilə bağlı bəyanat yayıb

Gunaz.tv

"Boş əllə etiraz edən insanların sıxışdırılması son 40 ildə gündəlik hadisə olub.

Amma ötən həftə uşaqların və məhbusların başına gələnlər indiki hakimiyyətin tarixində ən unudulmaz hərəkətlərdən biri oldu"- deyə, bəyanatda qeyd edilib.

"Təhlükəsizlik qüvvələrinin məktəblərə və həbsxanalara hücumu, uşaq və məhbusların döyülərək öldürülməsi küçələrdə nümayişçilərin qətlindən daha dəhşətli bir faciədir"-bəyanatda dbelə deyilir.

Bəyanatda İran hökumətinin etiraz aksiyalarını yatırmaq apardığı repressiya siyasəti,  ümumi fikri və beynəlxalq ictimaiyyəti aldatmağa, həqiqətləri inkar etməyə və etirazların mahiyyətini təhrif etməyə hesablanmış hərəkətləri pislənilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar