GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Xersonda yüzlərlə insan itkin düşüb
İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir
“Körpü” verilişində müzakirə: “İranda qadınların son vəziyyəti” və “İranda tutuqlanan Azərbaycan vətəndaşları” -VİDEO
Bu ölkə Moskvadakı səfirliyini bağlayır
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
İran iki yeni AES-in tikintisinə başlayıb
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
"Qacarın yaratdığı fürsəti qaçırdıq"-İranlı sosioloq
İranda daha iki məhbus edam edildi
Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək
Qurum söz və ifadə azadlıqlarının məhdudlaşdırılmasına və dinc müxaliflərə qarşı repressiyaların gücləndirməsinə etiraz bildirib.
İstər keçmiş Şah hakimiyyəti dövründə, istərsə də indiki axundların hakimiyyəti dövründə heç vaxt hökumət tərəfindən tanınmayan, həmişə təzyiq və təhdid altında yarı gizli, yarı aşkar şəkildə fəaliyyət
göstərən İran Yazıçılar Birliyinin bəyanatında hakimiyyətin xarici ölkələrdə fəaliyyət göstərən jurnalistləri müxtəlif yollarla qaçıraraq ölkəyə qaytarmaq, ölkə daxilindəki jurnalistlərə isə divan tutması ilə bağlı cəhdi pislənilir, onun ölkədə geniş senzura bərqərar edərək söz və ifadə azadlığını məhdudlaşdırması, eləcə qanlı repressiyaları pislənilir.
“İranda senzura hakimiyyəti sayəsində demokrat və azadlıqsevər yazıçıların payına düşən təhdid, sürgün və qətldən başqa bir şey deyil”, deyə bəyanatda bildirilir.
Bəyanat, 1998-ci ildə İranda ETTELAAT-ın mülki geyimli əməkdaşları tərəfindən küçədə qaçıraraq faciəli şəkildə qətlə yetirilən İran Yazıçılar Birliyinin üzvləri, şair Məhəmməd Muxtari və tərcüməçi Məhəmməd Cəfər Puyəndənin xatirəsi üçün yaradılmış “Senzuraya Qarşı Mübarizə Günü- 13 Azər” münasibəti ilə yayılıb.
Bəyanatda həminin hazırda həbsdə saxlanılan İran Yazıçılar Birliyinin 4 üzvü, Rza Xəndan, Bəktaş Abtin, Keyvan Bajən və Keyvan Səmiminin azadlığa buraxılması tələb edilir.
“Xalqın küçə etirazlarından şəkil və ya video çəkib social şəbəkələrdə yayanlara divan tutulması, vətəndaşların peyk antenaları vasitəsilə baxdığı xarici telekanallara parazit göndərilməsi və ya onların peyk
antenalarının müsadirə edilməsi, internetin fəaliyyətinə xələl gətirilməsi, jurnalistlərə həbs və ya edam hökmlərinin çıxarılması və digər repressiyalar senzura tərəfdar olan oğrular və cinayətkarların gördüyü işlərdən bir nümunədir və hesab edirik ki, buna son qoyulmalıdır”, -deyə İran Yazıçılar Birliyinin yaydığı bəyanatında bildirilir.
Qeyd edək ki, 1979-cu ildə İranda axundların hakimiyyətə gəlməsindən bu yana İran Yazıçılar Birliyinin onlarla üzvü edam edilib və ya həbsə salınıb, bir neçə üzvü küçədə qaçırılaraq vəhşicəsinə boğdurulub, əksər üzvləri isə ölkədən qaçaraq xarici ölkələrdən siyasi sığınacaq almaq məcburiyyətində qalıb.
A.M
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
ABŞ Ukraynaya 2 milayrdlıq silah verəcək
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
Güneyli fəal elektron qandalla sərbəst buraxıldı
İran prezidenti Təbrizə səfər edib
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır
İran prezidenti Təbrizə səfər edib