SON XƏBƏRLƏR

"Xalq etirazları molla rejiminə qarşı ictimai qəzəb partlayışının nəticəsidir"- İran Yazıçılar Birliyi

2022.10.07, 05:40
"Xalq etirazları molla rejiminə qarşı ictimai qəzəb partlayışının nəticəsidir"- İran Yazıçılar Birliyi

Gunaz.tv

Sənəddə həmçinin İran xalqlarının azadlıq hərəkatı 40 il ərzində vətəndaşların həyatının məhv edilməsinə qarşı ictimai qəzəbin partlayışının nəticəsi kimi qiymətləndirilir.

"Həmişə olduğu kimi, hakimiyyət repressiyalara əl atdı, çoxlarını öldürdü, oğurladı, həbsə atdı və işgəncə etdi. Ancaq xalq geri çəkilməyib və öz etiraz səsini dünyaya eşitdirib",- deyə, bəyanatda qeyd olunub.

Yazıçılar İran hökumətinin etirazçıları xarici qüvvələrin əlaltısı kimi qələmə verməsini "həyasızca iftira" adlandırıb, bunun repressiyaları əsaslandırmaq üçün artıq inandırıcı bəhanə olmadığını qeyd ediblər.

Bəyanatda hakimiyyətin universitetlərdə təhlükəsizlik rejimini gücləndirdiyi də vurğulanır.

Qeyd olunub ki, öyrəncilərin sıxışdırılması, həbs edilməsi onların səsinin batırılması məqsədi daşıyır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar