SON XƏBƏRLƏR

İran britaniyalı ekoloq Murad Tahbazı girov qarşılığında azadlığa buraxıb

2022.07.28, 04:38
İran britaniyalı ekoloq Murad Tahbazı girov qarşılığında azadlığa buraxıb

Gunaz.tv

"Reuters" xəbər agentliyi Təhbazın vəkili Höccət Kirmaniyə istinadən bildirib ki, onun müvəkkili elektron qandalla müvəqqəti sərbəst buraxılıb.

2018-ci ildə “İranın milli təhlükəsizliyini təhdidə” görə 8 nəfər - Nillufər Bayani, Tahir Qadirian, Əmir Hüseyn Xaleqi, Human Coukar, Sepideh Kaşani, Abdulrza Kuhpaye, Sem Rəcəbi və Murad Təhbaz həbs edilmişdi. 

Qeyd edək ki, İran rejimi son illər ölkəyə səfər edən bir sıra xarici vətəndaşları, o cümlədən də ikili vətəndaşlığı olan şəxsləri həbs etməklə, onlardan bəzilərini Avropa və Amerika zindanlarında saxlanılan özünə bağlı məhbuslarla mübadilə edib.

Qərb ölkələri isə bildirirlər ki, İran rejimi xarici ölkələrin vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri əsassız ittihamlarla girov götürməklə, onların azadlığa buraxılması qarşılığında xarici dövlətlərdən imtiyaz almağa çalışır. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar