SON XƏBƏRLƏR

İran internet azadlığı olmayan ölkələr siyahısında ikinci ölkədir

2022.03.25, 11:55
İran internet azadlığı olmayan ölkələr siyahısında ikinci ölkədir

Gunaz.tv

“İran Milli Konqresi”nin rəsmi veb saytının yaydığı məlumata görə, internet azadlığının olmadığı ölkələr arasında Çin 1-ci yerdədir.

Məlumatda bildirilir ki, "virtual məkanda istifadəçilərin hüquqlarının qorunması" qanununun qəbulu ilə isə İranda internet azadlığı tamamilə məhdudlaşdırılacaq.

Qeyd edək ki, fevralın 22-də İran parlamenti ölkədə internetin maksimum məhdudlaşdırılmasını, ona nəzarəti nəzərdə tutulan qanun layihəsini qəbul edib.

İran parlamentinin “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adı altında fəaliyyət göstərən Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini komissiya üzvlərinin 18 lehinə, 1 əleyhinə səsi ilə qəbul edib.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar