SON XƏBƏRLƏR

İran Müdafiə Nazirliyinin mühəndisi Parçin hərbi mərkəzində partlayışda həlak olub

2022.05.26, 16:29
İran Müdafiə Nazirliyinin mühəndisi Parçin hərbi mərkəzində partlayışda həlak olub

Gunaz.tv

İran mediası qəza adlandırdığı partlayış nəticəsində ölənlərdən birinin kimliyi Ehsan Qədbeygi olaraq qeyd olunub.
Məlumatda başqa bir mütəxəssisin ağır yaralandığı və xəstəxanaya köçürüldüyü yazılıb. 

Parçin bölgəsi İranın raket proqramının inkişafı ilə məşğul olan əsas mərkəzlərdən biridir və buna bənzər hadisələr orada əvvəllər də qeydə alınıb.

Parçindəki yeni “qəza” son iki ildə İranın bəzi həssas nüvə obyektlərinin hədəfə alındığı vaxta təsadüf edir. Bəzi hallarda İran rəsmiləri belə hadisələri İsrail və Qərbin “nüfuzu” və ya təxribat əməlləri ilə əlaqələndirirlər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar