İran ədliyyəsindən ədalətsiz qərar: tanınmış mədəni fəal Abbas Lisaninin 15 illik həbs cəzası təsdiqlənib

2020-07-05 12:34

İran Ali Məhkəməsi tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani barəsində çıxarılan 15 il həbs cəzasını təsdiqləyib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, milli fəalın vəkili Məhəmmədrza Fəqihi iyunun 4-də Ali Məhkəməyə müraciət etdikdən sonra məlumat verib. Məlumata əsasən, Ali Məhkəmə Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.

 

 

Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.

 

 

Apelyasiya Məhkəməsi, birinci instansiya məhkəməsinin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il həbs isə fəalın daha öncə məhkəmədə bəraət qazandığı ittihamlara görə verilib.

 

 

Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və güney azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilin Ettelaat İdarəsi, oradan isə Ərdəbilin Mərkəzi Zindanına aparıldığı məlum olmuşdur.

 

 

Ərdəbil Prokurorluğu iddianamədə fəalı bir neçə ittiham, o cümlədən, “Sistemə müxalif kütləvi informasiya vasitələrinə müsahibə verib və çıxış etməklə Qərbi Azərbaycanda türkləri təhrik etmək”, “sözdə mədəni qrup adlanan GAMAC-da (təşkilatın əsas qolu) üzv olmaq, həmçinin onun yaradılması və idarəçiliyində iştirak etmək”, “sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq məqsədi ilə müxtəlif çıxışlar edib və sistemin əleyhinə olan mətbuat orqanlarına müsahibə vermək”də günahlandırmışdı.

 

 

Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirib.

 

 

Lisani uzun illərdir Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb. İran təhlükəsizlik orqanları Lisaninin ailə üzvlərinə də təzyiq göstərmək, ailəni iqtisadi baxımdan sıxıntıda saxlamaq məqsədi ilə onun oğlunun iş yerini də bağlatdırıb.

 

 

Koronavirus infeksiyasının zindanlarda geniş yayılmasına və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq 2019-cu il yanvarın 15-dən həbsdə saxlanılan Abbas Lisani hələ də həbsxanadan məzuniyyətə buraxılmır.

 

 

Fəal yaxalandığı gündən Tehran əyaləti də daxil olmaqla Güney Azərbaycanın əksər şəhərlərində onun saxlanmasına qarşı müxtəlif formalarda etirazlar keçirilib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17