SON XƏBƏRLƏR

İran etiraz aksiyalarını yatırmaq üçün xarici muzdlulardan istifadə edir

2022.12.18, 19:55
İran etiraz aksiyalarını yatırmaq üçün xarici muzdlulardan istifadə edir

Gunaz.tv

Suriyada münaqişələr müəyyən qədər azaldığından sonra, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani ölkə daxilində repressiya qüvvələrini gücləndirmək üçün Tehranın Suriyadakı proksi silahlı birləşmələrinin bir hissəsini İrana gətirib.

Bundan öncə İsrail mediası İran hökumətinin iraqlı şiələrdən ibarət "Həşdi şabi" və əfqanıstanlılardan ibarət "fatimiyyun" silahlı qruplaşma üzvlərinin repressiyalara cəlb edildiyini və 2 əfqanıstanlı muzdlunun 18 noyabrda Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində etirazçılar tərəfindən öldürüldüyünü bildirmişdi.

“Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən yazmışdı ki, İranın müxtəlif şəhərlərində, o cümlədən Tehranda repressiv hökumət qüvvələri arasında Livan ləhcəsi ilə ərəbcə danışan şəxslərə rast gəlinib.

Qəzetin bildirdiyinə görə, həmin şəxslər İranda hökumət əleyhinə etiraz dalğasının zorakılıqla yatırılmasına cavabdeh olan yüzlərlə polis, SEPAH və “Bəsic” qüvvələrinə kömək edir.

Qeyd edək ki, bundan öncə 2009-cu və 2019-cu illərdə də, etiraz aksiyalarının kütləviləşməsindən qorxuya düşən Tehran rejimi adı çəkilən muzdluların xidmətindən geniş istifadə etmişdi.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar