SON XƏBƏRLƏR

İran həbsxanasında öldürülmüş blogerin həbs edilən ailə üzvləri sərbəst buraxılıb

2021.11.08, 13:09
İran həbsxanasında öldürülmüş blogerin həbs edilən ailə üzvləri sərbəst buraxılıb

Gunaz.tv

Bu barədə hüquq müdafiəçisi Arəş Sadiqi noyabrın 6-da "Amerikanın səsi" radiosunun “Fars” redaksiyasına açıqlaqmasında məlumat yayıb.


O deyib ki, Tehranda ETTELAAT-ın naməlum yerdəki təcridxanasında 3 gün saxlanılan Səttar Beheştinin anası Gövlər Eşqi, bacısı Səhər Beheşti və onun yəyat yoldaşı Mustafa İslami dindirilərkən rejim qüvvələri tərəfindən təhdid ediliblər.


“ETTELAAT əməkdaşları Səttar Beheştinin anası Gövhər Eşqiyə deyiblər ki, “Səttar Beheşti Fondu”nun fəaliyyətini dayandırmalı, rejimə qarşı bəyanatlar səsləndirməkdən əl çəkməlidir. 


Mərhum blogerin anası Gövhər Eşqi isə ETTELAAT əməkdaşlarının bütün təzyiq və təhdidlərinə baxmayaraq, fəaliyyətindən əl çəkməyəcəyini, rejimə qarşı ifşaedici fəaliyyətini davam etdirəcəyini vurğulayıb.


Gövhər Eşqi həm də deyib ki, onun ölümdən qorxusu yoxdur və rejim istəsə, onu oğlu kimi öldürə bilər, lakin o oğlunun qatillərinə qarşı fəaliyyətini heç vaxt dayandırmayacaq”, -deyə hüquq müdafiəçisi Arəş Sadiqi "Amerikanın səsi" radiosuna açıqlamasında bildirib. 


Arəş Sadiqi həmçinin bildirib ki, üç günlük həbs müddətində ETTELAAT əməkdaşları Gövhər Eşqinin onlarla birlikdə həbs olunan 10 yaşlı nəvəsini də dindiriblər. 


Xatırladaq ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 50-yə yaxın əməkdaşları noyabrın 3-ü axşam saat 22:20 radələrində Tehranda Səttar Beheştinin anasının evinə basqın ediblər.


Bildirilir ki, ETTELAAT əməkdaşları mənzili yoxlayıb bir sıra şəxsi əşyaları götürərək, mərhum blogerin anası Gövhər Eşqi daxil olmaqla ailə üzvlərini həbs ediblər.


Qeyd edək  ki, İranda kasıb ailədən olan və adi fəhlə işləyən bloger Səttar Beheşti 2012-ci il oktyabrın 30-da “sosial şəbəkələrdə, xüsusən Facebookda paylaşdığı tənqidi yazılarına görə ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət aparmaqda günahlandırılaraq həbs edilib. 


İranın kiber cinayətkarlıqla mübarizə polisi tərəfindən həbs edilən gənc bloger naməlum məkanda tavandan asılı vəziyyətdə saxlaxnılaraq ağır fiziki işgəncələr altında qətlə yetirilərək cənazəsi anasına təhvil verilib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar