SON XƏBƏRLƏR

İran hökuməti 6 müəllimi əks-inqilabçı ittihamı ilə həbs edib

2022.05.16, 14:01
İran hökuməti 6 müəllimi əks-inqilabçı ittihamı ilə həbs edib

Gunaz.tv

Məlumatda Yasuc şəhərində müəllimlərin etiraz aksiyalarında saxlanılan müəllimlərin iğtişaşçı qismində saxlanıldığı qeyd olunub.

“Saxlanılanlar xaricdə yerləşən qruplaşmalardan birinin göstərişi ilə müəllimlərin aksiyalarından su-istifadə edərək iğtişaş və xaos yaratmaq üçün istifadə etmək niyyətində olublar”-deyə, həbslə bağlı yayılan xəbərdə bildirilib.

Qeyd edək ki, mayın 12-də İranın 40 şəhərində, o cümlədən Təbriz və Ərdəbildə müəllimlər təhsil idarələrinin önündə toplaşaraq, "müəllimin yeri məktəbdir, həbsxana deyil", "həbs edilmiş müəllim sərbəst buraxılsın" kimi şüarlar səsləndiriblər. 

Bir neçə şəhərdə, o cümlədən Kohgiluye və Boyer-Əhməd əyalətinin Yasuc şəhərində müəllimlərin həmkarlar ittifaqlarının fəalları təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

Tehranda 30 müəllimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı, qısa müddətdən sonra isə sərbəst buraxıldığı bildirilir.
Həmçinin yayılan xəbərlərdə bildirilir ki, bəzi şəhərlərdə müəllim həmkarlar ittifaqlarının fəalları müəllimlərin məişət vəziyyətlərinə etiraz mitinqlərinə davam etdikləri üçün təhlükəsizlik qüvvələri tərəfindən dindiriliblər.

Qeyd edək ki, Beynəlxalq Müəllimlər Birliyi İranda müəllimlərin dinc etiraz aksiyaları ilə bağlı bəyanat yayaraq onları dəstəkləyib və həbs edilən müəllimlərin azadlığa buraxılmasını tələb edib.

İran hökuməti etirazçı müəllimləri xarici qüvvələrə bağlamaqla başqa etirazçıları susdurmaq, həbs olunanları isə müdafiəsiz qoymaq niyyətindədir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar