SON XƏBƏRLƏR

İran hökuməti Makıda özünü “Taliban” kimi aparır-"Bərbəri" adlı çörək sexlərinin fəaliyyəti yasaqlandı

2022.04.05, 07:05
İran hökuməti Makıda özünü “Taliban” kimi aparır-"Bərbəri" adlı çörək sexlərinin fəaliyyəti yasaqlandı

Gunaz.tv

Bununla bağlı İranın bir növ “əxlaq polisi” sayılan və şəriət qanunlarının tətbiqi, icrasına nəzarət edən "əmr be məruf" qərargahı qərar verib.

Bunun səbəbi qəribə olsa da, "bərbəri" çörəklərinin güney azərbaycanlılar tərəfindən əsasən səhər saatlarında yeyilməsi ilə əlaqələndirilib.

Buna görə də qərargahdan bildirilib ki, bu növ çörək bişirən müəssisələr yalnız günorta saat 15:00-dan iftara yarım saat qalmışa qədər çörək bişirə bilərlər. 

Urmunun Çörəkkçilər Birliyinin başçısı Allahverdi Həsənzadə məsələ ilə bağlı deyib ki, sözügedən qərar bir neçə il öncə qəbul edilib, amma icra edilmirdi.

Bu il isə onun icrasına başlanılıb. 

Qeyd etmək lazımdır ki, İranda oruc tutmayan şəxslərə qarşı sərt cəza tədbirləri uyğulanır və onlar 10 gündən 3 aya qədər həbs, 74 şallaq və cərimə cəzasına məhkum edilirlər.

Buna baxmayaraq, Tehran rejiminin əməlləri nəticəsində insanların dinə qarşı münasibətləri dəyişməkdə, bundan öncə sərbəst və könüllü olaraq yerinə yetirdikləri dini mərasimlərdən uzaqlaşmaqdadırlar. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar