SON XƏBƏRLƏR

İranda azərbaycanlıların mədəni dərnəyinin fəaliyyəti qadağan edildi-VİDEO

2022.02.02, 13:05
İranda azərbaycanlıların mədəni dərnəyinin fəaliyyəti qadağan edildi-VİDEO

Gunaz.tv

Məlumata görə, azərbaycanlıların Əlbor əyaləti, Kərəc şəhərində fəaliyyət göstərən mədəni-ədəbi dərnəyinin fəaliyyət icazəsi yeniyetmə qızın türkcə mahnı oxumasına görə ləğv edilib. 

Dərnəyin başçısı İslami İrşad İdarəsinə çağırılıb.

Qurumun fəaliyyət icazəsinin ləğv edilməsi barədə yazılı qərar verildiyi bildirilir.

Bununla yanaşı İslami İrşad İdarəsinin nümayəndəsi dərnək başçısına xəbərdarlıq edib.

O, dərnək üzvlərinin “din və qanuna hörmətsizlik etdikləri” üçün üzr istəmələrini tələb edib.

Bir neçə gün bundan öncə azərbaycanlı yeniyetmənin sosial mediada yayılan mahnısı yüz minlərlə azərbaycanlının marağına səbəb olmuşdu.

Qeyd edək ki, tarixi adı “yengi imam” olan Kərəc şəhərinin əhalisinin çoxunluğu Azərbaycan türklərindən ibarətdir və bu şəhərdə yaşayan çox sayda milli-mədəni fəal uzun müddətli həbslərə məhkum ediliblər.

C.E 
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar