SON XƏBƏRLƏR

İran hökuməti etiraz aksiyalarına qarşı nümayiş təşkil edib

2022.09.23, 10:58
İran hökuməti etiraz aksiyalarına qarşı nümayiş təşkil edib

Gunaz.tv

Bundan öncə İran rəsmilərinin istəyi və təklifi əsasında cümə namazından sonra hökumət məmurları, SEPAH, BƏSİC qüvvələrinin iştirakı ilə başlayan aksiyalarda kütləvi etirazlara qarşı şüarlar səsləndiriib.

Hökumətin təşkil etdiyi aksiyalarda etirazçıların dini müqəddəsləri. quranı təhqir etdikləri və məscidləri yandırdıqları barədə əsassız çıxışlar edilib.

İsrail, Amerika, İngiltərəyə ölüm qışqıran hökumət dəstəkçiləri "Xameneyinin cihad hökmünü gözlədikləri"ni deyib, "Amerika əlaltıları din savaşına başlayıblar" kimi şüarlar səsləndiriblər.

Mediada yayılan video və fotolardan hökumətin dəstək aksiyasını tələsik təşkil etdiyi üçün uğurlu alınmadığı və məhdud sayda məmurun aksiyalara cəlb oluna bildiyi məlum olur.

Qeyd edək ki, Tehran hökuməti son aksiyalar zamanı Həmədan və Rəşt şəhərində bir məscid və bir imamzadanın yandırılmasını etirazçıların işi olduğunu iddia edib.

Sosial mediada paylaşım edən narazılar və hadisə şahidləri isə bu və bu kimi təxribatların etirazların mahiyyətini təhrif etmək üçün hökumət məmurları tərəfindən həyata keçirildiyini yazıblar.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar