SON XƏBƏRLƏR

İran hökuməti Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro pul köçürüb

2022.11.09, 10:50
İran hökuməti Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro pul köçürüb

Gunaz.tv

Bu, sözügedən qurumun rəsmi blankları ilə İran xarici işlər nazirinin maliyyə və inzibati məsələlər üzrə müavini Məhəmməd Fəthəliyə ünvanlanmış məktublardır.

Məktublarda İranın müxtəlif ölkələrdə fəaliyyət göstərən əməliyyatçılarının bank hesablarına yüz minlərlə avro məbləgin köçürülməsi xahiş olunur.

Xüsusilə, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47.158 və 75.000 avro, Naxçıvana isə 15.083 və 30.000 avro vəsait köçürülüb.

Habelə 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb.

Eləcə də, həmin tarixdə Moskvaya 40.000 avronun köçürüldüyü qeyd olunur.

Pul köçürmələri İran Milli Bankı tərəfindən həyata keçirilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar