İran hökumətinin sözçüsü: “Vyanada Əli Baqiri Kənidən başqa heç bir şəxs və ya ölkə İranın nümayəndəsi deyil”

11.01.2022, 18:10

İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi bu gün mediaya açıqlamasında Vyanada qərblə aparılan nüvə danışıqlarından və İranı bu müzakirələrdə təmsil edən nümayəndə heyətindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Sözçü Vyana danışıqlarında iştirak edən Rusiya nümayəndə heyətinin başçısı Mixail Ulyanovun adını çəkmədən deyib ki, Qərblə aparılan nüvə danışıqlarında heç bir ölkə İranı təmsil etmir.

“Vyana danışıqlarında ölkəmizin nümayəndə heyətinin başçısı Əli Baqiri Kənidən başqa heç bir şəxs və ya ölkə İranı təmsil etmir və bizim nümayəndəmiz sayılmır.

Bəzən müxtəlif ölkələr və ya onların diplomatları öz diplomatik vəzifələri çərçivəsində bəzi hərəkətlər edirlər. Bu isə mediada işıqlandırılır. Bütün bu hərəkətlər isə sözü gedən diplomat və ya məmurun özünün və ya ölkəsinin səlahiyyəti çərçivəsindədir.

Bir daha bildirirəm ki, Vyana danışıqlarda bizim yeganə nümayəndəmiz başqa hər hansı bir şəxs və ya ölkə yox, Əli Baqiri Kənidir. 

Qeyd edək ki, son günlər Tehranla Qərb arasında Vyanada aparılan nüvə danışıqlarında Mixail Ulyanovun açıq-aşkar İranı təmsil etməsi barədə məlumatlar yayılıb.

Yayılan bəzi məlumatlara görə, İran nümayəndə heyəti bir neçə dəfə bağlı Vyanada qapılar arxasında qaldığı bir halda, Rusiya nümayəndə heyətinin başçısı Mixail Ulyanov, müzakirələrdə Amerikanı təmsil edən Robert Mali ilə birlikdə otaqda təkbətək görüşərək İranın nüvə proqramı məsələsi barədə danışıqlar aparıb. 

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda doğum sayı kəskin azalıb

2022-06-30

gun az article

"Azərbaycançılıq irançılığa, türkçülük farsçılığa qarşı mübarizə aparır"- Əhməd Obalı

2022-06-30

gun az article

Təbrizli atlet dünya çempionatına lisenziya qazanıb

2022-06-30

gun az article

Təbrizin qida sənayesi fabrikində güclü yanğın olub

2022-06-30

gun az article

"Görüş”də müzakirə: “Nüvə anlaşması Bərcam çıxılmaz vəziyyətdə” və “Terrorçu SEPAH-da nələr baş verir”-VİDEO

2022-06-30

gun az article

Quzey Azərbaycandan güneyli siyasi məhbuslara dəstək-FOTOLAR

2022-06-30

gun az article

Güneyli siyasi məhbus Rza Şəhabinin həyatı təhlükədədir

2022-06-30

gun az article

"Babək qalasında etnik mərasimlərin qarşısı alınmalıdır"-Kəleybər prokuroru

2022-06-29

gun az article

Urmu və Ocanda Babək qalasına yürüşlə bağlı çağırışlar edilib

2022-06-29

gun az article

Beynəlxalq Əfv Təşkilatı güneyli məhbusla bağlı bəyanat yaydı

2022-06-29

gun az article

"Qonşu ölkələr bizim tərəfdən dostluq mövqeyi hiss etmirlər"- Təbrizli deputatdan Xameneyinin müşavirinə cavab

2022-06-29

gun az article

Təbrizdə etiraz: Əhali Tehran yolunu bağladı

2022-06-29

gun az article

Ərdəbildə Krım-Konqo qızdırması yayılıb

2022-06-29

gun az article

Sulduzda Babək qalasına yürüşlə bağlı afişalar yayılıb-FOTO

2022-06-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Çaldıran savaşından öncə Səfəvi və Osmanlı ilişkiləri”-VİDEO

2022-06-29

gun az article

Təbrizdə su çatışmazlığı böhran həddinə çata bilər

2022-06-29

gun az article

Urmu gölünün bərpası məqsədilə imzatoplama kampaniyası başlayıb

2022-06-29

gun az article

Ərdəbildə Babək qalasına yürüşlə bağlı afışalar yayılıb

2022-06-29

gun az article

Kəleybərdə milli fəal həbs edilib

2022-06-29

gun az article

Qərbi Azərbaycanda 2 tondan çox narkotik maddə müsadirə edilib

2022-06-28