SON XƏBƏRLƏR

İran əhalisinin iki dəfə azalacağı proqnozlaşdırılır

2022.05.11, 07:44
İran əhalisinin iki dəfə azalacağı proqnozlaşdırılır

Gunaz.tv

“İndi bizim əsas problemimiz ərzaq təhlükəsizliyi məsələsidir. Təəssüf ki, quraqlıq nəticəsində bəzi məhsulların əkini qadağan edilib və bu ərzaq təhlükəsizliyi problemi yaradır”-deyə, Ələvi bildirib.

O, əhalinin bu artım tendensiyasının davam edəcəyi təqdirdə gələcəkdə İran cəmiyyətinin iki dəfə azalacağının proqnozlaşdırıldığını deyib və artırıb ki. bununla yanaşı əhalinin 30-40 faizi də qocalardan ibarət olacaq.

“Deməli, bu ciddi həyəcan təbilidir. Çünki əhalinin sürətlə azalması və qocalması qorxulu vəziyyətlə üzləşəcəyimizi qaçılmaz edir”-deyə, Seyid Məhəmməd Ələvi bildirib.

Qeyd edək ki, bir müddət öncə demoqrafiya məsələləri üzrə mütəxəssis, doktor Şəhla Kazemipur İranda əhalinin təbii artımının yaxın 25-30 il ərzində sıfıra enə biləcəyi barədə xəbərdarlıq edib.

İranda doğum sayının artırılması üçün siyasət qəbul edilməsə və ya mövcud siyasət lazım olduğu kimi həyata keçirilməsə, İranda cəmiyyət artımının yaxın 25-30 il ərzində sıfıra enəcək"-deyə, o, bildirib.

Şəhla Kazemipur İranda əhalinin artım tempinin aşağı düşməsinin təhlükəli səviyyəyə çatdığını və bunun qarşısının alınması üçün daha əhatəli tədbirlərin görülməsinin vacib olduğunu bildirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar