SON XƏBƏRLƏR

"İranda əhalinin qocalması böhranı ciddidir"-Səhiyyə Nazirliyi

2022.07.26, 07:00
"İranda əhalinin qocalması böhranı ciddidir"-Səhiyyə Nazirliyi

Gunaz.tv

"Hazırda biz ölkədə qocalma böhranı ilə üz-üzəyik və bunun qarşısını almaq üçün çox vaxtımız yoxdur"-deyə, Cabbari bildirib.

O, problemlə bağlı Səhiyyə Nazirliyində qərargah yaradıldığını, hər həftə məsələ ilə bağlı müzakirələr aparıldığı və həll yolları axtarıldığını deyib, oxşar qərargahların ölkənin bütün tibb elmləri universitetlərində formalaşdırılmasının nəzərdə tutulduğunu söyləyib.

Ərdəbil əyalətində cəmiyyətin qocalması problemləri barədə Universitet rektoru Əli Məhəmmədiyan ilə müzakirə aparan Sabir Cabbari İranda 3,5 milyon sonsuz cütlük olduğunu və bunun əhalinin azalması faktorlarından biri olduğunu qeyd edib.

Qeyd edək ki, son illər Ərdəbil əyalətində cəmiyətin artımının mənfi göstəriciləri, boşanma sayının çoxalması və ölüm sayının doğum sayını üstələməsi ilə bağlı problem dəfələrlə müzakirə edilib və əyalətin Qeydiyyat İdarəsi təhlükə barədə xəbərdarlıq edib.

Ərdəbil əyalətinin əhalisi ilə bağlı son 9 ay müddətində ölkə üzrə verilən ümumi statistikada 12476 doğum və 7393 ölüm faktı göstərilir.

Buna baxmayaraq, yerlərdəki Qeydiyyat İdarələri və əyalətin Qeydiyyat İdarəsinin verdiyi statistika ötən ilin eyni dövrü ilə müqayisədə Ərdəbil əyalətinin cəmiyyət artımının 7,4% azaldığını göstərir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar