SON XƏBƏRLƏR

İran Məhkəmə Sisteminin işçiləri ölkə parlamenti binası qarşısında etiraz aksiyası keçirib - FOTOLAR

2022.01.10, 14:05
İran Məhkəmə Sisteminin işçiləri ölkə parlamenti binası qarşısında etiraz aksiyası keçirib - FOTOLAR

Gunaz.tv

Yayılan məlumata görə, məişət durumlarının ağır olduğunu bildirən etirazçılar İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf və İran prezidenti İbrahim Rəisinin əleyhinə şüarlar səısləndirərək maaşlarının qaldırılmasını tələb ediblər.

“Qalibab, yalançı, yalançı, ayıb olsun sənə” və “Yalançı Rəisi, yalançı Rəisi” şüarları səsləndirən etirazçılar, Məhkəmə Sistemi işçilərinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı parlamentdə yeni qanunlar qəbul ediləcəyi ilə bağlı Qalibafın və ölkə prezidentinin verdiyi yalançı vədlərinə etiraz bildiriblər.

Həmin gün, İran Məhkəmə Sisteminin bir qrup işçisi də iş yerlərini tərk edərək İranın Ədliyyə Təşkilatının binası qarşısında toplaşaraq, eyni tələbləri irəli sürüblər. 

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, dinc etirazçılar “Allahü Əkbər” şüarı səsləndirərək, Məhkəmə Sistemində çalışan işçilərin məişətinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb ediblər.

Yayılan məlumatda təhlükəsizlik qurumlarının, eləcə də hüquq mühafizə qüvvələrinin dinc etirazlara müdaxilə edib-etməməsi və ya etirazlarda həbslərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

تصاویر | تجمع کارکنان قوه‌قضاییه در اعتراض به تصمیم مجلس - همشهری آنلاین

دستکم ۳۸ تجمع اعتراضی برگزار شد - خبرگزاری هرانا

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar