İran işğalçı Ermənistan rejimi ilə ticari əlaqələri daha da genişləndirir

2020-05-29 22:47

İran işğalçı Ermənistan rejimi ilə son günlər iqtisadi əlaqələrini genişləndirmək istiqamətində bir sıra addımlar atıb.

Gunaz.tv Quote | Gunaz article

Bu sahədə İranın Sənaye, Mədən və Ticarət nazirinin müavini və Ticari İnkişaf Təşkilatının rəhbəri Həmid Zadbumla Ermənistanın İqtisadiyyat nazirinin müavini Avaq Avanesiyan və bu ölkənin Tehrandakı səfiri Artaşes Tumanyan arasında video konfrans formatında danışıqlar baş tutub. 


Tərəflər görüşdə ikitərəfli ticari əlaqələrin, habelə gömrük sahəsində və regional məsələlərdə əməkdaşlıqların artırılması ilə yanaşı, İranla Ermənistan arasında sənaye, mədən və ticarət sahələrində xüsusi işçi qrupunun yaradılması və məhsul qarşılığında məhsul mexanizminə əsaslanan barter üsulunun tətbiq edilməsi xüsusunda razılığa gəliblər. 


Həmid Zadbum görüşdə qeyd edib ki, ölkəsi 2020-ci ilin sonlarından Avrasiya İqtisadi Birliyi ilə azad ticarət sahəsində müzakirələrə başlayacaq və razılaşma əldə edildiyi təqdirdə, Ermənistan İranın bu birliklə quru yoldan yeganə əlaqəsi olaraq böyük mənfəət əldə edəcək. 


İki ölkə rəsmiləri İranla Ermənistan arasında yük maşınlarının hərəkətinin intensivliyi, gələcək həftələrdə keçiriləcək video konfranslara Ermənistanın İqtisadiyyat və İnfrastrukturlar Nazirliklərinin rəsmilərinin də qatılması, iki ölkənin ehtiyac duyduqları əmtəələri barter üsulu ilə bir-birinə satmaları və digər bu kimi məsələləri də müzakirə ediblər. 


Digər tərəfdən, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan yaxın günlərdə İranla ölkəsi arasında 3-cü elektrik nəqli xəttinin tikintisinin başlayacağını bəyan edib. Onun sözlərinə görə, gələn 2 həftə ərzində xəttin inşası üçün İrandan Ermənistana 6 nəfərdən ibarət mütəxəssislər heyəti gələcək:


"Bu xəttin tikintisinin 2020-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır. Bununla da, İranın Ermənistana qaz ixracatı ölkəmizdən elektrik alışı qarşılığında daha da yüksələcək. Hər iki ölkə bütün sahələrdə, xüsusilə də enerji sektorunda əlaqələrin inkişafı üçün qətiyyətli iradəyə sahibdir və bütün zəruri addımları atır", - deyə Suren Papikyan əlavə edib. 


O, sonda ölkəsinin İranla Avrasiya İqtisadi Birliyi arasında körpü rolu oynamaqdan böyük gəlir əldə edəcəyini vurğulayıb. 


Qeyd etmək lazımdır ki, rəsmi Tehran İrəvan üçün nəfəslik rolunu oynayır. Azərbaycan ərazilərini işğalda saxladığı üçün iqtisadi blokadaya salınan Ermənistana və Dağlıq Qarabağda qurulmuş qondarma rejimə İran daim hər cür dəstək göstərir. Hansı ki, bu addım tez-tez rəsmi Bakının narazılığı ilə müşayiət olunur. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yolux, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13

gun az article

İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib

2020-07-13

gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11