SON XƏBƏRLƏR

İranda işgəncələr altında öldürülən bloger Səttar Beheştinin 3 ailə üzvü də həbs edilib

2021.11.04, 13:22
İranda işgəncələr altında öldürülən bloger Səttar Beheştinin 3 ailə üzvü də həbs edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları noyabrın 3-ü axşam saat 22:20 radələrində Tehranda Səttar Beheştinin anaının evinə basqın ediblər.


Bildirilir ki, ETTELAAT əməkdaşları mənzili yoxlayıb bir sıra şəxsi əşyaları götürərək, mərhum blogerin anası Gövhər Eşqi və bacısı Səhər Beheştini həbs ediblər.


Yayılan məlumata görə, ETTELAAT əməkdaşlarının kobud rəftarına, onların ailə üzvlərinə qarşı küçə söyüşlərindən istifadə etməsinə etiraz bildirən Səhər Beheştinin həyat yoldaşı Mustafa İslami də vəhşicəsinə döyülərək həbs edilib. 


Qeyd edilir ki, saxlanılanla naməlum istiqamətə aparılıb və onların hazırda harada saxlanılması barədə məlumat yoxdur. 


Xatırladaq ki, İranda ən yoxsul təbəqədən olan və adi fəhlə işləyən bloger Səttar Beheşti 2012-ci il oktyabrın 30-da “sosial şəbəkələrdə, xüsusən Facebookda paylaşdığı tənqidi yazılarına görə ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət aparmaqda günahlandırılaraq həbs edilib. 


İranın kiber cinayətkarlıqla mübarizə polisi tərəfindən həbs edilən gənc bloger naməlum məkanda tavandan asılı vəziyyətdə saxlaxnılaraq ağır fiziki işgəncələrə məruz qalıb. Sonunda isə 3 gün işgəncədən sonra qətlə yetirilən blogerin qan içində olan cənazəsi ailəsinə təhvil verilib.


Həmin vaxtdan bu yana Səttar Beheştinin anası Gövhər Eşqi evi dolandıran yeganə oğlunun haqsız olaraq qətlə yetirilməsindən sonra hər yerdə, o cümlədən də sosial şəbəkələrdə, mediada və xarici telekanallara müsahibəsində rejimi ifşa etməyə başlayıb, dəfələrlə xəbərdarlıq almasına və təhdid edilməsinə baxmayaraq, molla rejiminə qarşı ifşaedici fəaliyyətini genişləndirib. 

ستار بهشتی

                                                                                               Səttar Beheşti anası Gövhər Eşqi ilə birlikdə

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar