SON XƏBƏRLƏR

İran Ticarət Palatasının üzvü: “Neftimizi aparıb, yerinə keyfiyyətsiz Çin malları və Şri-Lanka çayı verirlər”

2022.01.03, 13:21
İran Ticarət Palatasının üzvü: “Neftimizi aparıb, yerinə keyfiyyətsiz Çin malları və Şri-Lanka çayı verirlər”

Gunaz.tv

O deyib ki, ölkəyə qarşı tətbiq edilən beynəlxalq sanksiyalar səbəbi ilə İran Çİnə satdığı neftin pulu əvəzinə bu ölkənin keyfiyyətsiz mallarını idxal edir.

“Çinlilər neftimizi aparıb yerinə özlərinin ən keyfiyyətsiz mallarını bizə verirlər. Bu isə qarşıdan gələn illərdə ölkə iqtisadiyyatına böyük zərvə buracaq.

Çinlilərin həmçinin bizdən aldıqları neft qarşılığında bizə keyfiyyətsiz bitki toksinləri verməsi bizim kənd təsərrüfatı mallarımızın xarici ölkələrə ixracı üçün böyük problemlər yaradıb. 

Çinlilərlə bağlanan bu kimi iqtisadi müqavilər hər şey qeydsiz-şərtsizdir. Belə ki, Çin bizdən aldığı neftin qarşılığında bizə hansı malların verilib-verməməsini də özü təyin edir. Bu isə hesab edirəm ki, iqtisadi müstəmləkəçilikdən başqa bir şey deyil.

Şri-Lanka isə bizdən aldığı neftin pulu əvəzinə bizə bö ölkənin dünya bazarında alıcısı olmayan 2-ci və üçüncü sərəcəli keyfiyyətsiz çayını verir. Bİz isə onu almaq məcburiyyətində qalırıq.

Neft verib qarşılığında mal almaq siyasəti təkcə Çinlə məhdudlaşımır, hazırda Hindistan və İndoneziya da ucuz İran neftini almağa çalışırlar”, -deyə İran Ticarət Palatasının üzvü Məsud Daneşmənd bildirib.

Qeyd edək ki, son günlər İranın bir sıra ölkələrə ixrac etdiyi kənd təsərrüfatı malları, o cümlədən də kartof və pomidorla onlarda aşkarlanan ziyanlı maddələr səbəbi ilə geri qaytarılıb.

Xatırladaq ki, İranın Ticarətin İnkişafı Təşkilatının rəisi Əlirza Peyman Pak 2021-ci il dekabrın 22-də mediaya açıqlamasında Şri-Lanka hökumətinin İrandan aldığı neftin əvəzinə İrana çay verəcəyindən xəbər verib.

O deyib ki, Şri-Lanka hökuməti İranın bu ölkədə bloklanmış on milyonlarla dollar pulunu sanksiyalar səbəbilə qaytara bilmədiyi üçün aldığı neftə görə İrana olan borcunu çay və bu kimi mallar verməklə ödəyəcək.

“Şri-Lanka rəsmiləri ilə gəldiyimiz razılığa görə, bu ölkə bizə olan borcunu hər ay 5 milyon dollar həcmində çay və digər bu kimi mallar verməklə ödəyəcək”, -deyə İranın Ticarətin İnkişafı Təşkilatının rəisi Əlirza Peyman Pak bildirib.

gun az article

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar