SON XƏBƏRLƏR

İran Qida Sənayesi Assosiasiyası: “Ölkənin 7 milyon ton yarım buğda idxal etməyə ehtiyacı var”

2021.11.05, 11:21
İran Qida Sənayesi Assosiasiyası: “Ölkənin 7 milyon ton yarım buğda idxal etməyə ehtiyacı var”

Gunaz.tv

Ölkədə buğda istehsalının azaldığını deyən Mürtəzəvi deyib ki, son 8 ay ərzində ölkəyə 5 milyon ton buğda idxal edilsə də buğdaya olan daxili ehtiyacı qarşılaya bilməyib.


“Ölkənin əlavə 7 milyon ton yarım buğdaya ehtiyacı var və hesab edirik ki, qarşıdan gələn aylarda bu miqdar buğda ölkəyə idxal edilməlidir”, -deyə İran Qida Sənayesi Assosiasiyasının rəisi Məhəmmədrza Mürtəzəvi bildirib.


Bu arada, İranda Milli Buğda Əkənlər Fondu rəisinin müavini Əliqulu İmani mediaya açıqlamasında deyib ki, cari ildə bahalıq, quraqlıq və bir sıra digər səbəblərə görə buğdanın istehsalı müəyyən çətinliklərlə üz-üzə qalıb.


Özəl sektorda fəaliyyət göstərən iqtisadi fəallarhın isə yaydığı statistikaya görə, ötən ilə nisbətən bu il ölkədə buğdanın istehsalı 30 faiz aşağı düşüb. 

بنا به آمار ارائه شده از سوی فعالان بخش خصوصی، تولید گندم نسبت به سال گذشته ۳۰ درصد افت داشته است.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar