SON XƏBƏRLƏR

İran internetin sürətinə görə dünyada sonuncu yerlərdən birini tutur

2022.02.14, 07:14
İran internetin sürətinə görə dünyada sonuncu yerlərdən birini tutur

Gunaz.tv

İranın Rabitə və İnformasiyaları Texnologiyaları naziri İsa Zarepur qarşıdakı günəş ilində internet qiymətlərinin qaldırılacağını bildirib. Onun bu bəyanantı ilə eyni vaxtda internetin sürətinin daha da aşağı düşməsi istifadəçilərin narazılığı ilə qarşılanıb.

Sosial media istifadəçiləri məsələ ilə bağlı paylaşımlarında İranda internet sürətini ölkənin avtomobil sənayesi ilə müqayisə ediblər.

“İranda internertin sürəti və qiyməti avtomobil sənayesi ilə oxşardır. Qiymətlər qalxdıqca keyfiyyət daha da aşağı düşür”-deyə, sosial media istifadəçiləri yazıblar.

Qeyd edək ki, hal-hazırda İran internetin sürəti və keyfiyyətinə görə dünyada Şimali Koreya, Yəmən, Əfqanistan və Türkmənistanla eyni səviyyədə dayanır.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar