SON XƏBƏRLƏR

İran iqtisadi azadlıq indeksinə görə sonuncu yerlərdədir

2022.02.16, 06:41
İran iqtisadi azadlıq indeksinə görə sonuncu yerlərdədir

Gunaz.tv

Fevralın 15-də dərc olunan hesabata görə, İran iqtisadi azadlıq indeksinə görə 42,4 balla 177 ölkə arasında 170-ci yerdədir.

“Heritec” foundunun araşdırmalarının nəticəsinə əsasən İran 177 ölkə arasında Şimali Koreya, Venesuela, Kuba, Sudan, Zimbabve, Burundi və Eritreyadan sonra iqtisadi azadlıqlarla bağlı ən pis vəziyyətə malikdir.

Araşdırmada Əfqanıstan, Liviya, Yəmən, Cənubi Sudan və İraq  kimi bir sıra başqa ölkələrin vəziyyəti naməlum olaraq qeyd olunub.

Amerika fondu ölkələrin iqtisadi azadlığını ölçmək üçün 12 meyar müəyyən edib və beynəlxalq səviyyədə İnvestisiya azadlığı göstəricisi ortalama 57 balla ölçüldüyü halda İran cəmi 5 balla bu sahədədə ən sonuncu yerlərdən birində qərarlaşıb.

Bununla yanaşı maliyyə azadlığı üçün beynəlxalq səviyyədə ortalama bal 49 olduğu halda İran cəmi 10 bala malikdir.

 “İranlılar qanuni olaraq şəxsi biznesə sahib olmaq və yaratmaq hüququna malikdirlər. Ancaq İnqilab Keşikçiləri Korpusu kimi güclü qurumlar ədalətli rəqabət və sahibkarlıq imkanlarını məhdudlaşdırır. 

İran məhkəmə sistemi ali rəhbərin iradəsindən asılıdır.

Keyfiyyətli inzibati xidmətlər idarəçilikdə geniş yayılmış korrupsiya və rüşvətxorluq hallarına görə olduqca məhduddur və müxalifələrin buna qarşı mübarizələrinin qarşısı hökumət tərəfindən alınır”-deyə, hesabatda qeyd olunub.

Qeyd edək ki, ötən ilin sentyabrında Kanadanın “Freyzer” İqtisadi Azadlıq İnstitutu İran iqtisadiyyatını dünyanın qapalı iqtisadiyyatları sırasına daxil edib və İranın dünyanın 165 ölkəsi arasında 160-cı yerdə olduğunu elan edib.

İnstitutun məlumatına görə, yalnız beş ölkə, Zimbabve, Əlcəzair, Liviya, Sudan və Venesuela İrandan aşağı yerdədir.

Bununla yanaşı Beynəlxalq Şəffaflıq Təşkilatı yanvarın 25-da açıqladığı son illik hesabatında da bildirib ki, İran korrupsiyanın miqyasına görə 180 ölkə arasında 150-ci yerdədir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar