SON XƏBƏRLƏR

İran körfəzdə “Qaçaq yanacaq” daşıyan xarici bir gəmini saxladığını bildirib

2021.11.20, 10:41
İran körfəzdə “Qaçaq yanacaq” daşıyan xarici bir gəmini saxladığını bildirib

Gunaz.tv

 Bu gün dövlət televiziyasına açıqlamasında o, saxlanılan tankerin hansı ölkəyə məxsus olduğunu və haraya “Qaçaq yanacaq” daşıdığını açıqlamayıb.

“Gəmi 11 ekipaj heyət üzvü ilə birlikdə İran sularında saxlanılıb. Gəmiyə baxış zamanı 150 min litrdən çox qaçaq dizel aşkar edilib”, -deyə Hormozqan əyalətinin Parsiyan şəhərinin “ Zülfüqar” 412-ci tip dəniz qüvvələrinin komandiri polkovnik Əhməd Haciyan bildirib.

Əhməd Haciyan həbs edilən gəminin ekipaj heyətinin hansı ölkənin vətəndaşları olduğunu və aşkarlanan yanacağın müsadirə edilib-edilmədiyini açıqlamayıb.

Qeyd edək ki, SEPAH terror təşkilatına məxsus sürət qayıqları bundan əvvəl də körfəz sularında “Qaçaq yanacaq” daşıyan bir neçə gəmini saxlayıblar. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar