SON XƏBƏRLƏR

Ali Məhkəmə milli fəal Əkbər Mühaciri ilə bağlı qərar çıxarıb

2021.10.20, 07:36
Ali Məhkəmə milli fəal Əkbər Mühaciri ilə bağlı qərar çıxarıb

Gunaz.tv

Əzizullah Rəzzaqinin başçılıq etdiyi 51-ci bölmə Mühacirini 3 il həbs cəzasına məhkum edib.

Əkbər Mühaciri 2019-cu ilin noyabr etirazları zamanı özünün şəxsi mənzilində  ETTELAAT qüvvələri tərəfindən zorakılıqla və heç bir məhkəmə hökmü olmadan həbs edilmişdi.

O, iki ay müddətinə ETTELAAT-ın təcridxanasında işgəncələrə məruz qalaraq dindirildikdən sonra Təbriz həbsxanasına köçürülüb.
Milli fəal “İctimai asayişi pozmaq”da ittiham olunaraq 1 il həbs və 74 zərbə şallaq, 10 milyon tümən maddi cəzaya məhkum olunub.

Bununla yanaşı o, İnqilab Məhkəməsinin 2-ci bölməsi tərəfindən “GAMAC” təşkilatına üzv olmaqda günahlandırılaraq 3 il həbs cəzasına məhkum edilib.

Son ittihamla bağlı o etirazını bildirdiyi üçün Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi onun işinə yenidən baxaraq, cəzanı 6 aya endirmək barədə qərar verilsədə. ETTELAAT-ın təzyiqləri nəticəsində 3 il həbs cəzası yenidən qüvvədə saxlanıldı.

C.E    
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar