SON XƏBƏRLƏR

İran Müəllimlər Birliyi həbslərlə bağlı bəyanat yayıb

2022.05.19, 05:47
İran Müəllimlər Birliyi həbslərlə bağlı bəyanat yayıb

Gunaz.tv

Bəyanatda müəllimlərin həbsi, həmçinin İran rəsmilərinin və mediasının etirazçıları "xarici ölkələrin casusu" kimi qələmə vermək cəhdləri pislənilib.

“Müəllimlərin aksiyalarının kökü on illərdir davam edən həll olunmamış  problemlərdədir və İran televiziyasının müəllimlərin etiraz aksiyalarını xarici ölkələrə bağlaması məsələninin mahiyyətini ört-basdır etmək cəhdidir”-deyə, bəyanatda bildirilib.

Bəyanat müəllifləri həbs olunan müəllimlərin “casus” kimi qələmə verilmələrini absurd adlandırıb və onların etirazlarının səbəbini uzun illərdir davam edən ideoloji, ictimai, siyasi və iqtisadi təzyiqlər olduğunu vurğulayıblar.

Bundan öncə mayın 16-da İran televiziyası təhlükəsizlik məmurları tərəfindən həbs olunan iki Fransa vətəndaşının müəllimlərin etiraz aksiyaları ilə əlaqəli olduqları barədə veriliş yayınlayıb.

Bununla yanaşı İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) mayın 16-da Yasuc şəhərində 6 “əks-inqilabçı”nın həbs edildiyi barədə məlumat yayıb.

Əks-inqilabçı olduqları iddia edilən şəxslər müəllimlərdirlər və onlar müəllimlərin etiraz aksiyalarında fəal iştirak etdiklərinə görə tutulublar.

Qeyd edək ki, ETTELAAT bundan öncə yaydığı bəyanatda iki avopalının ölkədə iğtişaş yaratmağa cəhd göstərdikləri üçün saxlanıldıqlarını iddia edib.

“Ölkənin bəzi təbəqələrinin tələblərindən sui-istifadə etmək, normal tələblərin istiqamətini xaosa, sosial iğtişaşlara və cəmiyyətdə sabitliyin pozulmasına çevirmək məqsədi ilə ölkəyə daxil olan iki avropalı təhlükəsizlik qüvvələri tərəfindən müəyyən edilərək həbs edilib”-deyə, ETTELAAT-ın bəyanatında qeyd olunub.

Həbs olunan fransalı Sisil Kuler və onun həyat yoldaşı İrana turist vizası ilə gəzmək üçün gediblər.

Sisil Kulerin Fransa Əmək Təşilatının Təhsil və Mədəniyyət Federasiyasının üzvü olduğu bildirilir.

Fransa Xarici İşlər Nazirliyi vətəndaşlarının İran hökuməti tərəfindən girov götürülməsinə münasibət bildirib.

"Fransa dövləti bu həbsi əsassız sayır və həbs olunan iki vətəndaşının dərhal azadlığa buraxılmasını istəyir" -deyə, Fransa XİN-nin bəyanatında bildirilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar